Accessibility links

Bəlucistanda 6 adam öldürülüb - 2004-08-01


Pakistan polisinin bildirdiyinə görə bu gün cənub Bəlucistan vilayətində silahlı şəxslər tərəfindən 5 əsgər və bir mülki vətəndaş qətlə yetirilib. Hadisə zamanı biri əsgər olmaqla, iki nəfərin yaralandığı xəbər verilir. Ordu nümayəndəsi mülki geyimli vətəndaşlara qarşı hücumu terror aksiyası kimi qiymətləndirib. Hadisənin məsuliyyətini xəbər agentliyinə zəng edən yaralı qrup üzərinə alıb. Qeyd edək ki, bu qrup Pakistan hölumətinin Balucistan vilayətindəki hərbi əməliyyatlarını dayandırmasını tələb edir.

XS
SM
MD
LG