Accessibility links

İraqda girovlar haqda bir-birinə zidd xəbərlər verilir - 2004-08-01


Bağdadda girovların məsələləri üzrə əsas vasitəçi girovdarların onun işdən imtina etməsini istədiklərini bildirib. Şeyx Hişam əl-Dulyami deyib ki ona göndərikləri məktubda girovdarlar on gün əvvəl girov götürükdləri sürücülərin çalışdığı Küveyt şirkət rəhbərinin cavabından razı qalmadıqları üçün onun məsələ ilə məşğul olmasını istəmirlər. Bu inkşaflar bir qədər əvvəl həm vasitəçi, həm də şirkətin bütün yeddi girovun azad ediləcəyi haqda nikbin açılmalarından sonraya təasdüf edir. Keniyanın xarici işlər nazirliyi isə bugünkü mətbuat konfransında üç hindli, üç keniyalı və bir misirlinin azad edildiyini və hamısının sağ-salamat Misir səfirliyində olduğunu bəyan etmişdi. Lakin bu açıqlamalar girovların çalışdığı şirkət, vasitəçi, Misir və Hindistan tərəfindən təsdiq edilməmişdir. Bu arada, ərəb televiziyasında Əbu Müsəb əl-Zərqavi ilə əlaqəsi olan qrupun üzvlərinin iki türk yük maşını sürücüsünü ölüm hədəsilə girov saxladığı xəbər verilib. .

XS
SM
MD
LG