Accessibility links

Kolin Pauel:Polşa aqressora qarşı mübarizədə bir daha tək olmayacaq - 2004-08-01


Birləşmiş Ştatların Dövlət katibi Kolin Pauel İkinci Dünya müharibəsi zamanı Varşavada nasistlər əleyhinə üsyanın 60-cı ildönümü münasibətilə keçirilən tədbirdə iştirak edir. Dövlət katibi çıxışında Polşanın aqressorlara qarşı mübarizədə bir daha tək olmyacağını demişdir. Cənab Pauel Polşanın xarici işlər naziri Vlodzimirz Çimoşeviçlə görüşündə Polşanın İraqda ABŞ-ın başçılığı altında hərbi əməliyyatlarda rolu məsələsinin müzakirə edib. Varşava üsyanının ildönümü münasibətilə təntənələrdə Almaniyanın kansleri Qerhard Şröyder və Britaniyanın baş nazirinin müavini Con Preskot iştirak edirlər. Cənab Şröyder Varşava üsyanının anımı mərasimində iştirak edən ilk alman rəsmisidir.

XS
SM
MD
LG