Accessibility links

Yahudi məskunlaşması genişləndirilir - 2004-08-02


ABŞ administrasiyasının çağırşlarına baxmayaraq, İsrail hökuməti yahudi yaşayış məntəqələrinin genişləndirilməsinə göstəriş vermişdir. Bu gün İsrailin Müdafiə Nazirliyi İordan çayıın qərb sahilində 600 yeni evin inşasına göstəriş verildiyini təsdiq etmişdir. Nazirliyin sözçüsü bildirmişdir ki, göstəirş baş nazir Ariyel Şaron və müdafiə naziri Şaul Mofaz tərəfindən verilmişdir. Qüds yaxınlığında yerləşən Maale Adumim adlanan bu yaşayış məntəqəsi artıq 28 min sakinə malikdir. Əlavə tikinti daha 2000 yahudini evlə təmin edərək, qəsəbə əhalisini 7 faiz artırmış olacaq. Yaşayış məntəqəsinin genişləndirilməsinə etiraz edən fələstinlilər gələcək Fələstin dövlətinin torpaqlarının əllərindən alındığını deyirlər. İnşaat gələn ilin sonunadək Fələstin dövlətinin təşkilini nəzərdə tutan beynəlxalq “Yol xəritəsi” planlarının şərtləri ilə ziddiyyət təşkil edir.

XS
SM
MD
LG