Accessibility links

İraqın dini liderləri kilsələrə qarşı hücumları pisləyir - 2004-08-02


İraqın dini liderləri dünən Bağdadda 5 kilsəyə qarşı hücumları kəskin şəkildə qınamışlar. İraq hökuməti isə hücumların müsəlman və xristianlar arasında düşmənçilik yaratmaq məqsədi daşıdığını bildirmişdir. İraqın ən nüfuzlu ruhani lideri Ayatolla Əli Əl- Sistani bazar günü hücumlarını “dəhşətli cinayət” adlandırmışdır. Ali ruhani lider bəyanatında iraqlıları hansı dinə mənsub olmasına baxmayaraq, ibadətgahları dağıdıb, qətllərə əl atanlara qarşı birliyə səsləmişdir. İraqın müvəqqəti hökumətinin milli təhlükəszilik məsələləri üzrə müşaviri Müffaq Əl-Rubai Röyter xəbər agentliyinə bildirmişdir ki, kilsələrə qarşı hücumlar Əl-Qaidə ilə əlaqəsi olan Əbu Müsab Zərqavinin dəst-xəttidir. Dünən Bağdadda dörd, Mosul şəhərlərində isə bir kilsəyə qarşı hücumlar axşam ibadəti vaxtına təsadüf etmişdi. Eyni zamanda internetdə yayımlanan video girov götürülən tükr vətəndaşının qətlə yetirildiyini nümayiş etdirmişdir. Videoda həmin şəxsin tükrləri İraqda işləməkdən çəkinməyə çağırdığı və az sonra onun atəşə tutulduğu göstərilir.

XS
SM
MD
LG