Accessibility links

Pakistan terrorçularla mübarizəni davam edir - 2004-08-04


Pakistan rəsmilərinin bildirdiyinə görə terrorçularla əlaqəsi olduğundan şübhələnilərək həbs edilənlər arasında iki Cənubi Afrikalı və bir Nigeriya vətəndaşı var. Pakistan rəsmilərinin bildirdiyinə görə son günlər ələ keçirilənlər arasında Əl Qaidənin yüksək səlahiyyətli nümayəndələrinin olub-olmadığı hılı məlum deyil. Pakistanın təhlükəsizlik orqanının rəsmiləri deyirlər ki, onlar Əl-Qaida terror şəbəkəsinin yüksək vəzifəli üzvləri haqqında dəyərli məlumat əldə etdikdən sonra iki Cənubi Afrikalı və bir Nigeriyalını həbs edib. Məlumat naziri Şeyx Rəşid Əhməd deyib ki, tutulanlardan biri kompyuter mühəndisidir. O, keçən ay Tanzaniyada doğulan terrorçu Əhməd Xalfan ilə birlikdə tutulub. Əhməd Xalfan 1998-ci ildə Afrikadakı iki səfirliyə qarşı hücumlarla əlaəqədar Birləşmiş Ştatlar tərəfindən aztarışda idi. Onun ələ keçirilməsinə yardım göstərənə 5 milyion dollar mükafat vəd edilib. Pakistan hökuməti ələ keçirilən kompyuter mühəndisinin adını açıqlamayıb. Lakin mətbuatda onun adı Məhəmməd Naim Xan göstərilib. Xəbərlərdə bildirilir ki, Əl-Qaidanın iki üzvünün verdiyi məlumata əsasən Əl-Qaidə Birləşmiş Ştatların maliyyə hədəflərinə hücum etməyi planlaşdırıb. Pakistan iyul ayının 12-dən bəri Əl-Qaidənin azı 18 üzvünü həbs edib.

XS
SM
MD
LG