Accessibility links

Nəcəf şəhərində toqquşmalar davam edir - 2004-08-07


Bu gün artıq üçüncü gündur ki, İraqın Nəcəf şəhərində Birləşmiş Ştatların hərbi dəniz qüvvələri ilə Siə yaraqlılari arasında toqquşmalar davam edir. İraqın daxili işlər naziri bildirib ki, üsyançılar 30 gün müddətində təslim olarlarsa onlar əvf edilə bilərlər. Bağdadda müxbirlərlə söhbətində baş nazir İyad Ələvi deyib ki, hər bir şəxsin işinə ayrlıqda baxılaracaq və əvf yalnız qətllər törətmiş şəxslərə deyil, yüngül cinayət törədənlərə şamil ediləcək. Baş nazir eləcə də radikal şiə ruhanisi Möqtəda Əl Sədri yanvar ayında keçiriləcək seçkilərdə iştirak etməyə çağırıb. Birləşmiş Ştatlar hərbiçilər dünən Nəcəf şəhərində iki əsgərin həlak olduğunu, bü gün də Bağdadın qərbində Amerikanın əsgərlərindən həlak olanlar olduğunu bildirirlər.

XS
SM
MD
LG