Accessibility links

İran dörd diplomatının həbsindən narahatdır - 2004-08-08


İraqın müvəqqəti hökuməti 4 İran vətəndaşını casusluqda ittiham edərək həbs edib. İraqın Daxili İşlər nazirliyi İranın kəşfiyyat idarəsinin 4 zabitinin casusluq və İraqda təxribat aktları həyata keçirmək ittihamı ilə həbs edildiyini dünən bildirmişdi. Bu gün isə İranın Xarici İşlər nazirliyinin nümayəndəsi Həmid Reza Asəfi bildirib ki, Tehran Bağdadın həbs etdiyi 4 iranlının casus olduğunu təsdiq etməsini istəyir. Bu məqsədlə İraqın Tehrandakı müvəqqəti işlər müvəkkili Xarici İşlər Nazirliyinə dəvət edilmişdir. İraqın müvəqqəti hökuməti minlərlə iranlının qeyri qanuni yolla İraqa keçdiyini və onların çoxunun şiələrin müqəddəs şəhərləri olan Kərbəla və Nəcəfi ziyarət üçün gəldiyinə inanır. İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Həmid Reza Asəfi İraq rəsmilərinə müraciət edərək İran və İraq arasında onun ifadəsilə, “pis mühit” yaratmamağa çağırıb. İraq hökuməti isə İranı sərhədlərdən qeyri qanuni keçidin qarşısını almaq üçün İraqla əməksdaşlığa çağırıb. İraq hökuməti ölkədə həyata keçirilən bəzi terror hücumlarının məsuliyyətini İrandan İraqa daxil olan yaraqlıların üzərinə atır.

XS
SM
MD
LG