Accessibility links

K.Rays : İranla diplomatiyaya üstünlük veriləcək - 2004-08-09


Ağ Evin bildirdiyinə görə İranın nüvə proqramı ilə bağlı gərginliyin diplomatik yolla həlli səyləri davam etdiriləcək. Av Evin milli təhlükəszlik məsələləri üzrə müşaviri Kondaliza Rays diplomatiyanın birinci seçim olduğunu deyib. “Ağ Ev İran və Şimali Koreyanın nüvə təhlükəsinin aradan qaldırılması üçün olduqca fəal və qətiyyətli diplomatik strategiyaya malikdir”-deyə xanım Rays bildirib. Kondaliza Rays deyib ki, beynəlxalq ictimaiyyət İranın nüvə proqramı ilə bağlı Amerikanın narahtlığına münasibət bildirməyə başlayıb. Milli Təhlükəszlik üzrə müşavir BMT-nin Beynəxlaq Atom Enerjisi Agentliyinin fəal rolunu vurğulayıb. NBC tele-kanalı ilə müsahibəsi zamanı Kondaliza Raysa İranın nüvə proqramının məhvi üçün məxfi əməliyyatlara əl atıla bilərmi sualı verilmişdi. Qeyd edək ki, sual “New York Times” qəzetinin ön səhifəsində dərc edilən məqalədən doğmuşdur. Adlarını açılamayan administrasiya rəsmiləri və kəşfiyyat nümayəndələrinə istinad edən qəzet yazmışdı ki, məsələnin həllində diplomatiyanın rolu böyük olmayacaq. Qəzetin yazdığına görə İranda gizli əməliyyatlar başlanmasının vaxtı gəlib çatmışdır. Kondaliza Rays bu əməliyyatların nədən ibarət olduğundan danışmamış, yalnız administrasiyanın diplomayiyada maqarlı olduğunu və digər yolların da mümkünlüyünü qeyd etmişdir. Milli təhlükəsizlik məsələləri üzrə müşavir Kondaliza Rays beynəlxalq ictimaiyyətin nüvə ilə silahlanmış İranı qəbul etməyəcəyini, Amerikanın kənarda sakit durmayacağını bildirmişdir.İran isə nüvə fəaliyyətlərinin mülki mahiyyət daşıdığını bildirir. ABŞ zəngin neft ehtiyatına malik olan İranın nüvə texnologiyasına ehtiyacı olmadığnı bildərək, nüvə proqramlarının hərbi mahiyyət daşıdığını irəli sürür.

XS
SM
MD
LG