Accessibility links

Əl-Qaidə Nyu Yorkda hücumlar üçün vertolyotdan istifadə etməyi planlaşdırıb - 2004-08-09


Birləşmiş Ştatlar mətbutında verilmiş məlumatlara əsasən, Əl-Qaidə Nyu Yorkda hədəflərə hücumlar üçün turist vertolyotlarından istifadə etməyi planlaşdırıb. “Taym” jurnalı və “Nyu York Tayms” qəzetinin yazdığına görə, belə bir təhlükə haqda məlumat Pakistandan alınıb. “Taym” jurnalı yazır ki, ABŞ hüquq-mühafizə orqanlarının rəsmiləri məlumatı Pakistanda keçən ay ələ keçirilmiş kopyuterdə tapmışlar. “Nyu York Tayms” qəzeti isə Amerika və Britaniya ekpertlərinin keçən həftə Britaniyada əl-Qaidə üzvü olduğundan şübhələnilən 12 nəfərin həbsi zamanı ələ keçirilmiş min iki yüz kopyuteri yoxladığını yazır. Nyu Yorkun üç vertolyot meydançasında təhlükəsizlik tədbirləri gücləndirilib. Sərnişinlərin yoxlanışı prosesinə isə bu həftəən başlanılmalıdır.

XS
SM
MD
LG