Accessibility links

Hakim Çələbilərə qarşı ittihamların siyasi motiv daşımadığını deyir  - 2004-08-09


İraqın nüfuzlu siyasətçiləri Əhməd Çələbi və onun qohumu Səlim Çələbinin həbsinə opder vermiş hakim onlara qarşı irəli sürülmüş itihamların siyasi motivlərə əsaslandığı haqda iddiaları rədd edib. Çələbilər özlərinin günahkar olmadığını bəyan ediblər. Həbsləri haqda order verildikdə onların heç biri İraqın özündə olmayıb. Əhməd Çələbi İrandadır, Səlim Çələbi isə Londondadır. İraqın idarəetmə şurasının üzvü olmuş Əhməd Çələbi əvvəllər ona İraqın gələcək lideri kimi baxan Pentaqondan güclü dəstək alırdı. İraqın özündə heç vaxt populyar olmayan Əhməd Çələbi indi Amerika Birləşmiş Ştatlarının da gözündən düşüb. Belə ki, ABŞ onun İrana kəşfiyyat məlumatları ötürüb-ötürmədiyini araşdırır. Səlim Çələbiyə gəldikdə, o, bəşəriyyətə qarşı cinayət törətməkdə ittiham olunan Səddam Hüseynin tribunalına sədrlik edir. İndi isə onun özünə qarşı ittihamlar irəli sürülüb. Hakim Zuheyr əl-Məliki Əhməd və Səlim Çələbilərə qarşı ittihamların nədən ibarət olduğunu göstərib. “İraqın Mərkəzi Bankı tərəfindən verilmiş şikayətlərə əsasən, Əhməd Çələbiyə qarşı fırıldaq və valyuta saxtalaşdırmaq ittihamları ilə həbs qəti imkan tədbiri haqda qərar verilib. Səlim Çələbiyə qarşı isə İraqın Cinayət Məcəlləsinin 406-cı maddəsinə əsasən, qətllə əlaqədar həsb qəti-imkan tədbiriin görülməsi haqda qərar verilib. O, Maliyyə nazirliyinin baş direktorunun qətlində şübhəli bilinir.” Hakim detalları açıqlamayaraq onu bildilrib ki, saxtakarlıq ittihamları İraqın köhnə dinarlarının sabit valyuta məzənnəsinə uyğunlaşdırılması ilə əlaqədardır. Hakimin bildirdiyinə görə, Səlim Çələbi birbaşa qətlin özündə deyil, qətllə əlaqədar adları açıqlanmayan digər iki şəxslə bərabər şübhələnilir. Tehranda Röyter agentliyinə müsahibə verən Əhməd Çələbi ittihamları rədd etmiş və onların siyasi motivlərlə əlaqədar olduğunu demişdir. Səlim Çələbi Londonda Britaniya radiosuna müsahibədə eynilə ona qarşı irəli sürülmüş ittihamları rədd etmişdir. “İttihamlar gülüncdür. Bu ittiham güya mənim Maliyyə nazirliyinin əmlakımı yoxlayan rəsmisinə hədələrim əsasından qurulub. Bir neçə gün sonra o, həyat yoldaşına mənim tərəfimdən deyil, bir neçə adam tərəfindən hədələndiyi haqda şikayət edib. Bundan sonra o, qətlə yetirilib.”

Səlim Çələbi deyir ki, bu ittihamlar onun başçılıq etdiyi xüsusi tribunalı nüfuzdan salmaq məqsədi güdür. Onun sözlərinə görə, itihamları elan edən hakim onun tribunala rəhbərlik etməsini açıq tənqid edib. Lakin hakim ittihmların hər hansı siyasi motivlərlə əsaslandığını rədd edərək üç hakimdən ibarət heyətin qətllə əlaqədar qərar verdiyini deyir. “Bu ittihamlar qətiyyən siyasi motivlərə əsaslanmıyıb. Bu, sırf məhkəməyə aid bir işdir. Bu məhkəmədə nə siyasi partiylar, nə də siysi nüfuzlar var. İndi İraqda müstəqil məhkəmə sistemi var və bu ittihmarlın arxasında heç bir siyasi motiv yoxdur.” Çələbilər ittihamlara əlaqədar İraqda qayıtmaq istədiklərini bildiriblər. Lakin Səlim Çələbi İraqa qayıtsa, təhlükəsizliyinə görə narahatlığını ifadə edib. “Mən adımı təmizə çıxarmaq istəyirəm. Bu, ağlasığmaz bir şeydir. Mən Bağdada dönmək istəyirəm, amma həbsxanaya salınmaqla hədələnmişəm, əslində, birbaşa olmasa da, mənə söz gəlib çatıb ki, məni orada öldürəcəklər, çünki İraqın həbsxanaları bəəsçilərlə doludur. Buna görə də mən qayıtmazdan əvvəl bu məsələləri həll etməyə çalışıram.” Belə görünür, Səlim Çələbinin İraqa qayıtması onun özündən asılı olacaq. Bununla belə, Britaniyanın Xarici işlər nazirliyi bildirib ki, Britaniya və İraq arasında ekstradisiya haqda müqavlə olmadığı üçün məhkəmə qarşısına çıxmaq üçün Səlim Çələbini İraqa təhvil verməyəcək.

XS
SM
MD
LG