Accessibility links

Porter Goss Mərkəzi Kəşfiyyat Agentliyinin direktorluğuna namizəd göstərilib - 2004-08-10


Prezident Buş Mərkəzi Kəşfiyyat Agentliyinin yeni direktoru vəzifəsinə Florida konqresmeni Porter Gossu namizəd göstərib. Prezident Buş bildirib ki, dəyişikliklər və təzadlar vaxtı Mərkəzi Kəşfiyyat Agentliyinə başçılıq etmək üçün Porter Goss ən layiqli şəxsdir. “O, agentliyi tanıyıq və onun möhkəmləndirilməsi üçün nə ediləcəyini yaxşı bilir”-deyə prezident Buş bildirib. Konqresmen Goss Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin başçısıdır. Siyasət onun karyerasında ikinci yeri tutur. 988-ci ildə siyasi həyatına başlamazdan əvvəl o, ordu kəşfiyyatı və Mərkəzi Kəşfiyyat Agentliyində işləmişdi. Porter Goss 2001-ci il senytabrın 11-i terror aksiyaları ilə başlı agentlyin məlumatları təhrif etməsindən sonra artmqda olan tənqidlərə görə vəzifəsini tərk edən Gorc Teneti əvəz edəcək öndər namizədlərdən idi. Konqresmen agentliyin casusluq şəbəkəsinin yararsız fəaliyyətini tənqid edənlər sırasında idi. Cənab Goss ərkəzi Kəşfiyyat Agentliyinin insan kəşfiyyatının inkişafını prioritet hesab etdiyini bildirir. Cənab Gosun nominasiyası konqres tərəfindən təsdiq edilməlidir. Konresdə böyük nüfuz və ehtiram qazanmış Porter Gossun təsdiqi ilə bağlı dinləmələrin siyasi motivlərlə köklənəcəyi gözlənilir. Lakin Respublikaçı partiyası ilə yaxın əlaqələri ikipartiyalı əməkdaşlığın tərəfdarı olan qanunvericilər üçün problem yaratmış olacaq. Ağ Evin yardımçıları hesab edirlər ki, prezident seçkilərindən əvvəl dinləmələrin təşkili çətin ola bilər. Porter Goss Senatın təsdiqini qazansa, Konresdən Mərkəzi Kəşfiyyat Agentliyinə təyin edilən ikinci direktor olacaq. Birinci direktor isə sabiq prezident Corc Buş idi.

XS
SM
MD
LG