Accessibility links

Ukrayna və Gürcüstan prezidentləri Cənubi Osetiya və Abxaziya problemlərini müzakirə ediblər - 2004-08-10


Ukrayna prezidenti Leonid Kuçma Gürcüstanla separatçı Cənubi Osetiya və Abxaziya regionları arasında münaqişələrin həll olunmasına yardım göstərməkdə maraqlı olduğunu bəyan edib. Cənab Kuçma bu açıqlamaları Gürcüstan prezidenti Mixail Saakaşvili ilə Krımda görüşü zamanı verib. İki dövlət başçısı ticarət və iqtisadi sahələrdə əməkdaşlıq, siyasi dialoqun genişləndirilməsi və gələcək siyasi əməkşdaşlıq məsələlərini müzakirə edib. Gürcüstanın xəbər agentlyinin məlumatına görə, cənab Saakaşvili bugünkü görüşün Gürcüstan və separatçı regionlar arasında münaqişələrin həllinə Ukraynanın dəstək verməsilə nəticələnəcəyinə ümid bəsləyir.

XS
SM
MD
LG