Accessibility links

Iraqda Şiə militantlarla döyüşlər davam edir - 2004-08-12


İraqın daxili işlər nazirinin dediyinə görə İraq polisi və milli qvardiya qoşunları cənubi-şərqdəki Kut şəhərində gedən döyüşlər zamanı ən azı 400 Şiə militantını öldürmüş və yaralamışdır. Onun bildiridiyinə görə öldürülənlərin arasında xaricilər var. Səhiyyə nazirliyi nümayəndələri təsdiqləyirlər ki, itkilərin əksəriyyətini Muqtada Əl-Sədrin başçılıq etdiyi Mehdi ordusunun üzvləri təşkil edir. Kut və Nəcəf şəhərlərində davam edən döyüşlərə baxmayaraq İraq hökuməti əvvələr təxirə salınmış İraq Milli Konfrasının Bazar günü öz işinə başlayacağını bəyan etmişdir. Konfrans Yanvar seçkilərinə kimi hökumətə nəzarət edəcək 100 nəfərlik milli şura təsis edəcək.

Bu arada az-tanınmış Yaşıl Briqada adlı terrorçu qrupu Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin işçisi kimi qələmə verilən adamın başının kəsilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Halbuki Amerika kəşfiyyatı bütün işçilərinin sağ- və salamat olduğunu xəbər verir.

XS
SM
MD
LG