İran rəsmilərinin bildirdiyinə görə Pakistandan İrana qeyri-qanuni şəkildə keçmiş Amerika vətəndaşı həbs edilib. Səlahiyyətli nümayəndələr amerikalının İrana səfərinin məqsədləri və nəyə görə zəruri prosedurlardan keçmədiyi ilə bağlı onu sorğu-sula çəkirlər. İranın tələbə xəbər agenltiyinin məlumatında deyilir ki, Amerika vətəndaşı İran ərazisindən Türkiyəyə keçməyi planlaşdırırmış.