Accessibility links

ABŞ tənqidi bəyanatla çıxış edib - 2004-08-13


Birləşmiş Ştatlar çərşənbə günü Azərbaycanın Ali Məhkəməsinin Cümə məscidi içmasının məsciddən çıxarılması ilə bağlı Sabayel rayon məhkəməsinin qərarının güvvədə saxlamasını pisləmişdir. Dövlər Departamentrinin sözçüsü Edqar Vazkuez məscidin imamı İlqar İbrahimoğlunun işindən kənar edilməsini beynəxlaq din azadlığı standartlarına zidd adlandırmışdır. Dövlət Departamenti məscidin icmaya qaytarılması və dindarların sərbəst fəaliyyətinə mane olmamağa çağırmışdır. Departmentin sözçüsü Edqar Vazkuez bildirmişdir ki, Azərbaycan ATƏT qarşısında götürdüyü öhdəliklərə əməl etməlidir. Nümayəndənin bildirdiyinə görə Azərbaycan liderliyinin qərarı beynəlxalq insan hüquqları normalarına uyğun deyil. Azərbaycanın səlahiyyətli nümayəndələri Cümə məscidinin istifadə etdiyi binanın tarixi mahiyyət daşıdığını və istifadə üçün dövlət qeydiyyatından keçmədiyini bildirirlər.

XS
SM
MD
LG