Accessibility links

İraqın müvəqqəti baş naziri İran hökumətinin dəvətini qəbul edib - 2004-08-14


İran rəsmi informasiya agentliyinin verdiyi xəbərə görə İraqın müvəqqəti baş naziri İyad Ələvi Tehranla münasibətlərin gərgin olmasına baxmayaraq, İran hökumətinin onu həmin ölkəyə dəvətini qəbul edib. Baş nazir öz ölkəsinin qonşu ölkələrlə və xüsusilə də İranla yaxşı münasibətlər qurmaqda maraqlı olduğunu bəyan etmişdir. İranın xəbər agentliyi İRNA cənab Ələvinin bu ifadəsini barışdırıcı mövqe kimi qiymətləndirmişdir. Belə ki, bir müddət öncə İraqın müdafiə naziri İranı ölkəsinin daxili işlərinə qarışmaqda günahlandırmış və İRNA-nın Bağdaddakı büro rəhbəri İraq polisi tərəfindən həbs edilmişdi.

XS
SM
MD
LG