Accessibility links

Çin Olimpiya oyunlarında ilkin 2 qızıl medalı əldə etdi - 2004-08-14


Çin Afinada keçirilən Olmipiya oyunlarında ilkin 2 qızıl medalı əldə etmişdir. Vənq Yifu Rusiyalı Mixail Nestruyevi arxada qoyaraq 10 metrlik tapança yarışında 690 xal toplamaqla birinci yerə çıxmışdır. Bir az əvvəl isə çinli Du Li qadınların 10 metrlik hava-tüfəngi yarışında rekord vuraraq qələbə çalmışdır. Xatırladaq ki, Olimpiya oyunlarının vətəni Yunanıstanda keçirilən turnirlərdə 200-dən artıq ölkəni təmsil edən on minlərlə idmançı iştirak edir.

XS
SM
MD
LG