Accessibility links

Hindistanın Assam ştatında 15 adam öldürülüb - 2004-08-15


Hindistanın Assam ştat polisinin bildirdiyinə görə Demaji şəhərində müstəqillik günü münasibəti ilə təşkil edilən parad zamanı baş verən partlayış 15 adamın ölümünə səbəb olub. Hadisənin qurbanlarının çoxu məktəb şagirdləridir. Səlahiyyətli nümayəndələr bomba hücumunun məsuliyyətini separatistlərin üzərinə atır. Militantlar mərasimin boykotuna çağırırdılar. Dünən Assam ştatının digər bir şəhərində qumbara hücumu 15 adamın yaralanmasına səbəb olmuşdu.

XS
SM
MD
LG