Accessibility links

Əfqanıstanın qərbində atəşkəs əldə edilib - 2004-08-17


Birləşmiş Ştatlar Əfqanıstanın qərbində vuruşan tərəflər arasında atəşkəsin əldə edilməsinə nail olub. Qüvvələri şəhərin 30 kilometrliyinə çatmış səhra komandiri Əmənulla Xan özünün Herata irəliləyişini dayandırıb. Amerikanın Əfqanıstandakı səfiri Zalmay Xəlilzadın dediyinə görə hazırda regionda Amerika təyyarələri və Əfqan Milli Ordusu patrulluq edir. Səfirin dediyinə görə regionun valisi İsmayıl xanın və qiyamçı qüvvələrin arasında baş vermiş son döyüşlərdə çoxlu sayda insan məhv olub. Əfqanıstandan verilən xəbərə görə təkcə Şənbə günü atışmalar nəticəsində 21 nəfər adam öldürülmüşdü.

XS
SM
MD
LG