Accessibility links

Möqtəda Əl-Sədr hökumətin tələbləri ilə razılaşıb  - 2004-08-18


Radikal şiə ruhanisi Möqtəda Əl-Sədr İraqın dini və siyasi liderlərinin Bağdaddakı toplantısına göndərdiyi müraciətində hökümətin müqqədəs Nəcəf şəhərində qiyama son qoymaq barədə tələblərini qəbul etdiyini bildirib. Bağdaddakı konfransda Əl-Sədrin nümayəndəsindən alınan məktub oxunub. Məktuba əsasən Əl-Sədr silahlı dəstələri ləğv etmək, İmam Əli məscidini tərk edərək siyasi prosesə qoşulmaq barədə hökümətin tələbləri ilə razılaşıb.Möqtəda Əl-Sədrin xəbər verilən razılığı İraqın müdafiə nazirinin şiə silahlı dəstələrinə təslim olmaq barədə verdiyi ultimatumundan bir neçə gün sonraya təsadüf edir.

XS
SM
MD
LG