Accessibility links

H.Karzayın rəqibləri onun istefasını tələb edir - 2004-08-18


Əfqanıstan prezidentliyinə 17 namizəd prezident Həmid Karzay vəzifəsini tərk etmədiyi təqdirdə seçkiləri boykot edəcəklərini bildirirlər. Fransanın xəbər agentliyinin məlumatında deyilir ki, müxalif namizədlər cənab Karzayı seçki kampaniyası üçün hökumətin mənbələrindən sui-istifadə etməkdə günahlandırır. Bu ittihamlar Əfqanıstanın bu gün qeyd etdiyi müstəqillik gününə təsadüf edir. Həmid Karzay televiziya çıxışı zamanı seçicilərin qeydiyyat prosesini alqışlamış, qonşu ölkələri səsverməyə mane ola bilən yaraqlıların sərhədləri keçmələrinə yol verməməyə çağırmışdır. Cənab Karzay demişdir ki, beynəlxalq qüvvələr və BMT prezident seçkilərinin təhlükəszliyini təminat altına almağa çalışacaq.

XS
SM
MD
LG