Accessibility links

Nepalda vəziyyət gərgindir - 2004-08-18


Nepalın maoçuları paytaxt Katmandunun blokadasının hökumətin onların tələblərini qarşılayanadək qüvvədə qalacağını bildirirlər. Üsyançılar həbsdə saxlanılan məsləkdaşlarının azad edilməsi, maoçuların qətlləri ilə bağlı istintaq aparılması və itkin düşənlər haqda məlumat verilməsini tələb edirlər. Bu gün üsyançıların hücum xəbərdarlığından sonra şəhər küçələrinə maşınlar çaxmayıb. Şəhərə ərzaq və digər təcili ləvazımatın çatdırılması əməliyyatı dayandırılıb. Nepal hökuməti məsələ ilə əlaqədar təcili yığıncaq keçirir.

XS
SM
MD
LG