Accessibility links

Nyu-Yorkda böyük etiraz aksiyası keçiriləcək - 2004-08-18


Prezident Buşun opponentləri avqust ayının son həftəsi Nyu-York şəhərində təşkil ediləcək respublikaçıların milli konvensiyası vaxtı kütləvi etiraz aksiyası keçirməyi planlaşdırırlar. Tədbirin təşkilatçıları etirazçıların sayının 5000 nəfərdən ibarət respublikaçı nümayəndə heyətindən qat-qat artıq olacağını deyirlər. Konvensiya zamanı respublikaçılar prezident Buşun namizədliyini təsdiq etməlidirlər. Yüz minlərlə ərtaf mühit mühafizi, anarxist, qadın hüquqları müdafiəçiləri və digər nümayişçilər arasında bir çoxlarının Buş administrasiyasına son qoyulması tələbini irəli sürüləcəyi gözlənilir. Polis və şəhər rəsmiləri konvensiya zamanı söz azadlığına mane olmaq istəmədiklərini, eyni zamanda kütləyə nəzarət etməyi planlaşdırdıqlarını deyirlər. 200000 artıq nümayişçi qarşısına 41000 polis qüvvəsi çıxarılacaq. Bundan əlavə zorakılıqlara mane olunması məqsədi ilə federal agentlərin də fəaliyyəti nəzərdə tutulur. Bruklin körpüsü yaxınlında minlərlə qadın hüquqları müdafiəçisinin toplaşacağı təxmin edilir.

XS
SM
MD
LG