Accessibility links

Nəcəfdə qarşıdurmaya son qoyulub, amma vəziyyət qeyri-müəyyən olaraq qalır - 2004-08-20


Müqəddəs Nəcəfdəki İmam Əli məscidi ətrafında iki həftədən bəri davam edən qarşıdurmaya bu gün son qoyulub. Bununla belə, müqəddəs məbədgaha kimin nəzarət etdiyi haqda fərqli xəbərlər verilir. İraqın Daxili İşlər Nazirlininin nümayəndəsinin bildirdiyinə görə İraq polisi və şiə ruhanilər İmam Əli məscidinin nəzarətini əllərinə alıblar. Nazirliyin nümayəndəsinin bildirdiyinə görə, məsciddəki yüngül silahlarla silahlanmış 500-ə yaxın yaraqlı bu gün təslim olub. Əməliyyat atəş açılmadan həyata keçirilib. Nümayəndə radikal ruhani Müqtəda Əl-Sədrin harada olduğunun məlum olmadığını bildirib. Din xadimləri ayatullah Əli Sistaninin məscidə nəzarət etməsini xahiş ediblər. Müqtəda Əl-Sədrə sadiq yaraqlılar məscidi öz nazarəti altına almış Birləşmiş Ştatlar və İraq hərbi qüvvələrilə döyüşürdülər. Səhiyyə Nazirliyi son 24 saat ərzində Nəcəfdəki döyüşlərdə 77 iraqlının həlak olduğunu, 70 nəfərin yaralandığını bilririr. Bu arada, Birləşmiş Ştatların hərbi təyyarələri dünən gecə və bu gün səhər Fəllucə şəhərinin sənaye bölgəsinə hücum edib. Şəhər xəstəxanasının nümayəndəsi əməliyyat nəticəsində iki nəfərin həlak olduğu və 9 nəfərin yaralandığını bildirib. Birləşmiş Ştatların rəsmiləri hücum haqda məlumat verməyiblər. Lakin cümə axşamı Fəllucədə iki Amerika əsgərinin həlak olduğunu bildiriblər. Keçən il Səddam Hüseyn hakimiyyətdən devrildikdən sonra, şiələrin əksəriyyət təşkil etdiyi Fəllucə şəhəri üsyançıların istehkamına çevrilmişdi.

XS
SM
MD
LG