Accessibility links

Narkotik qaçaqmalçılığa görə İranda üç nəfər dar ağacından asıldı - 2004-08-21


İran qəzetlərinin yazdığına görə narkotik qaçaqmalçılığa görə həbs edilmiş üç nəfər cəzalandırılmişdır. Cumhureyi İslamı qəzeti yazır ki, həmin şəxslər Kerman şəhərinin cənubunda ictimaiyyət qarşısında dar ağacından asılmışlar. Rəsmilərin bildirdiyinə görə polis həmin üç nəfəri həbs edərkən onlardan 3,5 tona qədər tiryək və anaşa, 11 ədəd Kalaşnikov silahı və digər silahlar aşkar edilmişdi.

XS
SM
MD
LG