Accessibility links

Pakistan Əl Qaidə üzvlərinə qarşı hərbi əməliyyatlara başlayıb - 2004-08-21


Pakistanın hərbi qüvvələri Əfqanıstan sərhəddindəki cənubi Vəziristanın Şakai məntəqəsi yaxınlığında Əl-Qaidə üzvlərinə qarşı top və hərbi təyyarələrin müşayiəti ilə geniş hərbi əməliyyata başlayıb. Pakistan terrorçulara qarşı aparılan mübarizədə Birləşmiş Ştatların yaxın müttəfiqlərindən biridir. O, Əl-Qaidə terror şəbəkəsinin üzvlərini və 2001-ci ildə Əfqanıstanda hakimiyyətdən devrilən taleban rejiminin qalıqlarını təqib edir. Pakistan keçən mart və iyun aylarında Əl-Qaidə və Taliban döyüşçülərinə qarşı geniş hərbi əməliyyatlar həyata keçirmişdi. Nəticədə 200-dən çox adam öldürülmüşdü.

XS
SM
MD
LG