Accessibility links

Danimarkanın xarici işlər naziri Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığını yüksək qiymətləndirib - 2004-08-23


Danimarkanın xarici işlər naziri Per Stiq Möller bu ölkənin Bakıda konsulluğunun açılışında iştirak edəcək. O Azərbaycanla Avropa Birliyinin əməkdaşlığının yüksək səviyyədə olduğunu bildirib. Respublika Elmi Artroloji mərkəzinin direktoru Prezidentin İcra Aparatının rəhbərəinə qarşı ciddi ittihamlarla çıxış edib. Onun başçılıq etdiyi elmi mərkəz bağlanmaq təhlükəsi ilə üzləşib. Belə ki, alimin dediyinə görə, Ramiz Mehdiyevin qohumları ölkədə yeganə olan elmi mərkəzin yerində restoranlar tikmək üçün ona təzyiqlər edir. Bu ildən Azərbaycan məktəblərində dərslər on beş gün gec, yəni sentybarın 15-də başlayacaq. Bu barədə ölkə prezidenti fərman imzalayıb. Prezidentin digər sərəncamına görə isə üç ildə ümumtəhsil məktəbləri üçün əlli min komputer alınıb qurapşdırılacaq. Bundan sonra ölkədə hər 33 şagirdə bir komputer düşəcək. Komputerlərin alınıb quraşdırılması üçün hökumət iyirimi milyon ABŞ dolları ayırıb. “Bakı xəbər” qəzetinin baş redaktorunun məhkəməsi avqusutn 30-dək təxirə salınıb. Baş redaktor prezident İlham Əliyevin əmisi Milli Məclisin deputatı Cəlal Əliyev barədə başqa qəzetdə gedən məqaləni təkrarən çap etdiyinə görə məhkəməyə verilib.

XS
SM
MD
LG