Accessibility links

Əl-Sədrin təslim olma şansı hələ də mövcuddur - 2004-08-24


Birləşmiş Ştatlar və İraq qüvvələri Nəcəf şəhərindəki İmam Əli Məscidinin mühasirəsini gücləndiriblər. Məscid artıq 20 gündür ki, yaraqlıların nəzarəti altındadır. İraqın məqbərinin bir neçə kilimertliyindəki mövqelərini gücləndirən Milli Mühazifə qüvvələrinin nümayəndələri səsucaqldan cihazlarla Müqtəda Əl-Sədrə sadiq yaraqlılara müraciət edib, məscidin tərk edilməsi, əsk tədirdə hücumla üzləşəcəkləri barədə xəbərdarlıq veriblər. İraqın müdafiə naziri Əl-Ərəbisyyə televiziyasına verdiyi müsahibə zamanı reydlərin bu gün təşkil edilməyəcəyini deyib. Nazirin dediyinə görə Əl-Sədrin təslim olma şansı hələ də mövcuddur. Əks halda onu ya həbsxana, ya da ki, ölüm gözləyir.

XS
SM
MD
LG