Accessibility links

Fələstin Muxtar İdarəsi kəşfiyyat ximətinin başçısı yaralanıb. - 2004-08-25


Qəzzə şəhərində Fələstin Muxtar İdarəsi kəşfiyyat ximətinin müvəqqəti başçısı Tariq Əbü Rəcəbin maşınının atəşə məruz qalması nəticəsində o, yaralanmış və onun iki cangüdəni həlak olmuşdur.

Tariq Əbü Rəcəb Fələstinin lideri Yasir Ərafata yaxın olan bir şəxsdir. O, bu vəzifəyə təyin olana qədər xarici ölkələrdəki Fələstin diplomatik heyətinin təhlükəsizlik işlərinə başçılıq edirdi. Ona qarşı həyata keçirilən hücumun məsuliyyətini hələlik heç kim öz üzərinə götürməyib. Şahidlər deyirlər ki, Əbu Rəcəbin maşın karavanına maskalı silahlı şəxslər hücum etmişlər. Son aylar Qəzzə zolağında zorakılıq artmışdır. Zorakılıqların artmasının bir səbəbi də 2005-ci ilin axırında İsrail hərbi qüvvələrinin Qəzzə zalağından çıxarılmasından sonra bölgəyə hansı Fələstin qrupunun nəzarət edəcəyi ilə bağlıdır.

Cənab Tariq Əbü Rəcəbə edilən hücum Fələstin Qanunveriçi Şurasının fövqəladə sessiyasının keçirilməsi vaxtına təsadüf edir. Qanunverçi Şura İslahat Komitəsinin hesabatını müzakirə edir. Hesabat bu ayın əvvələrində nəşr edilmiş və reaksiyaya səbəb olmuşdu. Hesabatda Muxtar idarədə korrupsiyanın yayılması, cənab Ərəfat daxil olmaqla, Fələstin rəhbərləriyinin pis idarəçiliyi qeyd edilib. Cənab Ərəfat korrupsiyaya qarşı mübarizə aparacağına və islahatlar həyata keçirəcəyinə söz verib.

XS
SM
MD
LG