Accessibility links

ABŞ Azərbaycanda dini icmalara  qarşı repressiyalardan narahatdır - 2004-08-25


ABŞ BEYNƏLXALQ DİN AZADLIĞI KOMİSSİYASI "CÜMƏ" İCMASI ƏTRAFINDA YARANMIŞ QALMAQALDAN NARAHATLIĞINI BİLDİRİR ABŞ Beynəlxalq din azadlığı komissiyası Azərbaycanda din azadlığı sahəsində vəziyyətin pisləşməsilə bağlı dərin narahatlığını bildirib.

Komissiyanın bununla bağlı yayadığı açıqlamasında "Cümə" dini icmasının və onun lideri İlqar İbrahimoğlunun təqib olunduğu bildirilir. Bu il avqustun 12-də beş dəqə davam edən dinləmələrdən sonra Azərbaycanın Ali Məhkəməsi Cümə məscidinin bağlanması barədə aşağı instansiyalı məhkəmənin qərarını qüvvədə saxlamışdır. Bu yay polis Cümə məscidinin icmasının üzvlərini məsciddən zorla çıxarmışdıdr.

Açıqlamada qeyd olunur ki, "Cümə" məscidinin bağlanması hakimiyyətin son beş ildə islam və digər dini icmaların fəaliyyəti üzərində hakimiyyətin nəzarətinin gücləndirilməsinə misaldır.

"Azərbaycan rəhbərliyi düşüncə, vicdan və din azadlığına riayyət edilməsi məsələsində səhv istiqamətdə hərəkat edir. Dindarlar üzərində nəzarətin gücləndirilməsi siyasətini yürütməklə Azərbaycan höküməti beynəlxalq qanunlar altında dünşüncə, vicdan və digər insan haqları ilə bağlı üzrəinə götürdüyü öhdəliklərə əməl etmir.

-deyə komissiyanın rəhbəri Pretta Bansal vurğulayıb.

"Biz Azərbaycan rəhbərliyini "Cümə" məscidi və ölkənin digər dini icmalarınaqarşı repressiv əməlləri dayandırmağa çağırırıq"-deyə Bansal bildirib. Komisiya həmçinin Birləşmiş Ştatlar hökümətini Azərbaycan hökümətilə təmaslarında Azərbaycanda getdikcə güclənən dini repressiyalarla bağlı narahatçılıqları qaldırmaqa çağırırb.

XS
SM
MD
LG