Accessibility links

Girovlar azad edilə bilər - 2004-08-26


İraqda 3 Hindistan, 3 Kenya və 1 Misir vətəndaşını girov götürən qrup həmin bu 7 nəfərin İraqdakı işlərinə son qoyduqlrı təqdirdə, tələblərinin əksəriyyətini geri götürüb, onları azad edəcəyini bildirib. Bir aydan artıqdır ki, girov götürülümüş bu şəxslərin qətlə yetiriləcəyi bağlı xəbərdarlıq verilmişdi. Bununla yanaşı, bu gün Mosul şəhərində Vətənpərvər Kürdüstan Birliyinin yüksək səlahiyyətli nümayəndəsi ona qarşı hücumdan heç bir xəsarət almadan xilas ola bilmişdir. Maşına yerləşdirilmiş bomba partlayışı onun şəxsi mühafizlərindən birinin yaralanmasına yol açmışdı. Nəcəfdə isə dünən 50-ə yaxın jurnalist polis idarəsinə aparılmışdı. Onlar bir saat saxlandıqdan sonra azad edilmişlər. Xəbər agentliklərinin bəzisi hadisə ilə bağlı rəsmən şikayət edəcəklərini bildirilər.

XS
SM
MD
LG