Accessibility links

Kuba Panama ilə diplomatik əlaqələrini kəsdi - 2004-08-27


Kuba prezident Fidel Kastroya qarşı sui-qəsd cəhdində günahlandırılan 4 nəfərin əfvindən sonra Panama ilə diplomatik əlaqələrini kəsdiyini bildirib. Havananın bəyanatında deyilir ki, kubalı mühacirləri əvf edən Panama prezidenti Mireya Moskoso onların Kubaya təhvil vermədən ölkədən çıxmalarına icazə vermişdir. Amerika pasportu daşıyan 3 nəfər Mayamiyə qayıtmış, 4-cü şəxsin isə haraya yollandığı açıqlanmamışdır. Bu şəxslər 2000-ci ilin noyabr ayında 8 il müddətinə azadlıqdan məhrum edilmişdilər. Kubanın diplomatik əlaqələrin kəsiləcəyi xəbərdarlığından sonra Panamın Kubadakı səfiri geri çağırılmışdı.

XS
SM
MD
LG