Accessibility links

Dindirilmə üsullarının məsuliyyətini general Sançes daşıyır - 2004-08-27


New York Times qəzetinin yazdığına görə İraqın Əbu Qreyb həbsxanasında məhbuslara qarşı təzyiqlərlə bağlı ordu kəşfiyyatının seksiyalarında ABŞ qüvvələrinin keçmiş yüksək rütbəli komandiri, general- leytenant Rikardo Sançes günahlandırılır. Qəzet yazır ki, 2003-cü ilin sentyabr ayında general Sançes Bağdad həbsxanasında dindirilmə texnikalarını özü təsdiq etmişdi. Bu isə Çenevrə konvensiyasının şərtləri ilə ziddiyyət təşkil edir. Dindirilmə texnikaları özündə itlər, olduqca soyuq və ya olduqca isti təcridxanalar, çox kiçik və işıqsız kameralardan istifadə üsullarını cəmləşdirir.

XS
SM
MD
LG