Accessibility links

Yəmən məhkəməsi terrorçuluqda günahlandırılanlara hökm çıxardı - 2004-08-28


Yəmən məhkəməsi Birləşmiş Ştatların həmin ölkədəki səfirini qətlə yetirmək planı da daxil edilməklə bir sira terror hücumları hazırlayan və həyata keçirənlərə hökm çıxarmışdır. Onlardan biri ölüm cəzasına, digər 14 nəfər isə müxtəlif müddətə həbs cəzasına məhkum edilmişlər. Məhkum olunan 15 nəfərdən beşinin Usəma Bin Ladenin Əl Qaida terror şəbəkəsinin üzvü olduqları bildirilir. 2002-ci ildə Limburq Fransa yanacaq tankerini partladmaqda günahlandırılan beş nəfər 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. Eyni müddətli cəza Birləşmiş Ştatlar səfirini qətlə yetirməyi və Amerika, Almaniya, Fransa, Böyük Britaniya və Kanada səfirliklərinə terror hücumları planlaşdıran 9 nəfərdən üçünə verilmişdir. Yəmən əsgərini qətlə yetirməkdə günahlandırılan bir nəfər isə ölüm cəzasına məhkum edilib. Ərəb xəbərləri adlı Səudiyyə qəzetinin redaktoru Xalid Əl Maennin dediyinə görə, bu addım Yəmən hökumətinin terrorçuluğa qarşı tutduğu sərt yanaşmanın bir hissəsidir. Terrorçulara qarşı kəskin mübarizə aparmaqla Səudiyyə Ərəbistanını bürümüş terror epidemiyasını özündən uzaqlaşdırmağa çalışır. Xatırladaq ki, 2002-ci ildə partladılan Limburq tankerində gəminin komandası həlak olmuş və Səudiyyə Ərəbistanının 90 min çən yanacağı suya tökülmüşdü. Bu hücumun təşkilində günahlandirilan Əl Qaidə üzvü Əli ƏL Harzi adlı şəxs bir il sonra Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən raket zərbəsi ilə qətlə yetirilmişdi. Eini zamanda həmin şəxs 2000-ci ildə 17 Amerika əsgərinin ölümü ilə nəticələnən Birləşmiş Ştatların Kol hərbi gəmisinə hücumda günahlandırılırdı. Güman edilir ki, Əli Əl Harzinin qətlindən sonra militantlar onun qisasını almaq məqsədi ilə qərbin səfirliklərinə və digər idarələrinə qarşı hücumlar planlaşdırırdılar. Əl Maenna əlavə edib ki, Yəmən xalqı İraq müharıbəsindən və İsrailin Fələstin ərazilərinin işğalından narazı olmasına baxmayaraq ümumilikdə terrorizmin əleyhinədir. Həmçinin o bildirib ki, Yəmənin artmaqda olan turizm sənayesi var və hökumət iqtisadiyyatı inkişaf etdirmək üçün bir sıra planlara malikdir.

XS
SM
MD
LG