Accessibility links

İraqın yaraqlı dəstəsi Fransaya xəbərdarlıq verib - 2004-08-29


Fransanın Baş Naziri Jan Pyer Raffaren Nazirlər kabinetinin təcili yığıncağında İraqda 2 Fransa jurnalistinin girov götürülməsi məsələsini müzakirə edib. Özünü İraqda İslam ordusu adlandıran qrup Əl-Cəzirə tele-kanalı vasitəsilə bildirib ki, Fransa müsəlman qız şagirdlərinə dərsdə başı örtülü oturmalarına icazə verməsə, girov götürdükləri 2 Fransa jurnalistini öldürəcəklər. müsəlman qızların dərsdə başı örtülü olmaları ilə bağlğ qadağa çərşənbə günəndən etibarən qüvvəyə minəcək. Qrup keçən həftə İtaliyanın bir jurnalistinin öldürülməsinin məsuliyyətini üzərinə götürmüşdü. Fransa rəsmiləri və Fransanın müsəlman icmalarının liderləri girovdarları iki fransız jurnalisti azad etməyə çağırıb.

XS
SM
MD
LG