Accessibility links

Hindistan daha bir raket sınağı keçirdi - 2004-08-29


Hindistanın Müdafiə Nazirliyi nüvə başlığı daşıyan uzunmənzilli raketin sınaqdan keçirildiyini bildirib. Sınağın keçiriləcəyi barədə Pakistana qabaqcadan məlumat verilib. Keçən iyun ayı Hindistan və Pakistan nüvə sınaqları barədə qabaqcadan biri-birinə məlumat verəcəkləri barədə razılıq əldə ediblər. Hindistanın bu raket sınağı iki ölkənin xarici xşlər nazirlərinin görüşü ərəfəsində keçirilib. Nazirlər Kəşmir münaqişəsini müzakirə edəcəklər.

XS
SM
MD
LG