Accessibility links

Qarabağ Azadlıq Təşkilatının sədri və fəalları üç  ildən beş  ilədək azadlıqdan məhrum edilib - 2004-08-30


Nəsimi rayon məhkəməsi Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağıya beş il, onun müavininə üç il, təşkilatın digər dörd fəalına isə dörd il həbs kəsib. Təşkilatın fəalları bu il iyunun 21-də NATO-nun Bakıda keçirilən konfransında Ermənistan ordusunun zabitlərinin iştirakına etiraz etdiyinə görə həbs olunub. Səbael raoyn məhkəməsi “Bakı xəbər” qəzetinin redaktoru Aydın Quliyevi bir il şərti azadlıqdan məhrum edib. Cənab Quliyev “Alternativ” qəzetinin prezidentin əmisi, deputat Cəlal Əliyevlə bağlı məqalənsini olduğu kimi qəzetində çap etdikdən sonra ittiham olunub. AMİP sədri Etibar Məmmədov Prezidentin İсra Aparatının rəhbəri Ramiz Mehdiyevi сiddi tənqid edib. Сənab Məmmədov R.Mehdiyevi məhkəmələrə siyasi sifarişlər verməkdə, regionçuluq siyasəti yeritməkdə, ölkəni kommunist üsul-idarəsi İlə idarə etməkdə ittiham edib.

XS
SM
MD
LG