Accessibility links

Respublikaçıların milli konvensiyası rəsmən işinə başladı  - 2004-08-30


Nyu-York şəhərində təşkil edilən qurultayda müharibə dövrünün lideri və terrorçuluğa qarşı mübariz prezident Buşun namizədliyi təsdiq ediləcək. Respublikaçı liderlər konvensiya vaxtı prezident Buşun sentyabrın 11-i terror aksiyalarına cavabı və onun İraq müharibəsinin müdafiəsi ilə çıxışlar etməlidirlər. Konvensiyanın natiqləri arasında Kaliforniya qubernatoru Arnold Şvartsnegger, keçmiş Nyu-York meri Rudolf Julinı də yer alır. Bu gün axşam senator Con Makkeynin çıxışı planlaşdırılır. Buş administrasiyanın siyasətinı kəakin tənqid edən senator Makkeynin prezident Buşu sınanılmış bir lider kimi tərifləcəyi gözlənilir. Cümə axşamı günü prezident Buş rəsmən prezidentliyə nominasiyasını qəbul edəcək.

XS
SM
MD
LG