Accessibility links

Konvensiya etiraz nümayişləri ilə müşayiət edilir - 2004-08-30


Konvensiya güclü təhlükəsizlik tədbirləri altında keçirilir. Şəhər küçələri və metro stansiyalarına on minlərlə polis işçisi yerləşdirilib. Qatar stansiyanda hər bir vaqon yoxlanılır. Nyu-Yorklular üçün bu həftə asan keçməyəcək. Belə ki, şəhərin bir çox küçələri bağlanmış, şəhərin hər yerinə kameralar yerləşdirilmişdir. Respublikaçıların nümayəndə heyətinin hər bir üzvünə iki polis nəfəri düşür. Ötən həftə sonu polis terror cəhdinin qarşısını almağa nail olmuşdu. Hadisə ilə əlaqədar iki pakistanlı nəzarət altına alınıb. 66 yerli, ştat və federal qanun-mühafizə orqanı yüksək texnoloji təchizatla şəhərin təhlükəsizliyni təmin etməyə çalışır. Konvensiya vaxtı təhlükəszlik xərcləri gözlənildiyindən iki dəfə artıq, yəni 65 milyon dollara başa gələcək. Bazar günündən etibarən Nyu-York şəhəri geniş etiraz aksiyaları və yürüşlərə səhnə olub. Sülh və Ədalət Naminə Birlik qrupunun təşkil etdiyi dinc nümayişlər Buş administrasiyasına “yox” demək üçün minlərlə insanı bir araya gətirib. Qrup Bus administrasiyasının siyasətinin müharibə, nifrət, tamahkarlıq və yalana əsaslandığını bildirir. Etirazçılar Nyu-Yorkun Birlik meydanından Madison meydanına qədər yürüş təşkil etmişlər. Geniş anti-Buş fəaliyyətlərinə görə ittiham edilən kino-rejissor Maykl Mur nümayişçilər qarşısında çıxış edib. Mayk Mur çıxışı zamanı amerikalıların əksəriyyətinin İraq müharibəsinin əleyhinə olduğunu deyib. O, Amerikanın İraqdakı qüvvələrinin geri qaytarılması və Buş administrasiyasının hakimiyyətinə son qoyulmasına çağırıb.

XS
SM
MD
LG