Accessibility links

Nümayişlər insidentsiz keçmədi - 2004-08-31


Nyu-Yorkda respublikaçıların milli konvensiyasını müşaiyət edən nümayişlərin dinc keçdiyi bildirilsə də, Nyu-York polisi mülki geyimli polis zabitinə qarşı zorakılığa əl atıldığını bildirir. Nümayişçilərin hücumuna məruz qalan polis zabiti başından aldığı zərbələrə görə xəstəxanaya aparılmışdır. Nümayişçilərlə polis arasında qarşıdurmaya icazə verilməyən ərazidə keçirilən yürüş səbəb olmuşdu. “Yoxsul insanlar yürüşü” adlandırılan bu aksiya sakit irəliləyirdi. Lakin polis onların hərəkətinə metal barrikadalarla mane olmuşdu.

XS
SM
MD
LG