Accessibility links

Hebron şəhəri mühasirədədir - 2004-09-01


Dünən İsrailin cənubundakı Beyerşeva şəhərində 16 nəfərin ölümünə səbəb olan iki bomba partlayışından sonra İsrailin hərbi güvvələri İordan çayının Gərb Sahilindəki Hebron şəhərini və orada olan Fələstin yaraqlılarını mühasirəyə almışlar. İsrail hərbi güvvələri bu gecə onlarla fələstinli yaraqlını həbs etmişlər. İki fələstinli dünən demək olar ki, eyni vaxtda iki ayrı-ayrı avtobusda özlərini partlatmışlar. Həmas İslamçı ekstremist grupu məsuliyyəti öz üzərinə götürmüş və onun tərəfdarları Gəzza şəhərində hücümun nəticələrini sevinçlə qarşılamışlar. Son altı ay ərzində bu ilk bomba partlayışı idi. Bu müddət ərzində israillilərin çoxu özlərini artıq təhlükəsiz hiss edirdilər. Eyni zamanda rəsmilər bildirirlər ki, ilin əvvəlindən bəri onlar buna oxşar ən azı 200 hücumun garşısı alınmışdır. Bildirilir ki, İoradan Çayının Gərb sahilində təhlükəsizlik divarı yaradılmış və fələstinli yaraqlılara garşı hərbi əməliyyətlər davam edir.

XS
SM
MD
LG