Accessibility links

Pespublikaçılar Partiyasının Qurultayı davam edir - 2004-09-01


Bu gün Nyu York şəhərində keçirilən Respublikaçılar Partiyasının Qurultayında Birləşmiş Ştatların vitse-prezidenti Çeyni çıxış edəcək. Cənab Çeyninin ABŞ-ın rəhbərliyi ilə İraqda aparılan müharibəni müdafiə edəcəyi gözlənilir. Demokrat Partiyasından olan senator Zell Millerin də bu gün çıxış edəcəyi gözlənilir. Müxalifət partiyasının üzvü olmasına baxmayaraq cənab Miller prezident Buşun tərəfdarıdır və Demokrat Partiyasından namizəd Con Kerrini tənqid edir. Dünən isə prezidentin xanımı Laura Buş və Kaliforniya qubernatoru Arnold Şvartsneger qurultayda çıxış edərək prezident Buşun fəaliyyətini tərifləmişlər.

XS
SM
MD
LG