Accessibility links

Rusiya girovların azad olunmasına çalışır - 2004-09-02


Rusiya rəsmilərinin verdiyi xəbərə görə ölkənin cənubunda, yüzlərlə adamı məktəbdə girov götürmüş yaraqlılar 26 qadın və uşağı azad etmişlər. Bundan əvvəl Şimali Ossetiyanın Beslan şəhərində partlayış səsləri eşidilib və binalardan tüstü çıxdığı müşahidə olunub. Prezident Vladimir Putin hələlik böhranı aradan qaldırmaq üçün zordan istifadə etməyəcəyini bildirir. Onun dediyinə görə əsas məqsəd girovların həyatını xilas etməkdir. Rusiya rəhbəri məsələ ilə məşğul olmaqdan ötrü Türkiyəyə səfərini təxirə salıb. Xatırladaq ki, Çərşənbə günü silahlı şəxslər məktəbi ələ keçirmişlər, və onların bəzilərinin bədənlərinə bomba bağladıqları bildirirlir. bu hadisənin gedişatında indiyə kimi bir neçə insan həlak olub amma dəqiq rəqəm hələ ki, məlum deyil.

XS
SM
MD
LG