Accessibility links

Respublikaçıların qurultayı başa çatdı - 2004-09-03


Prezident Bush rəsmən Respublikaçı Partiyasından gələn 4 il üçün prezidentliyə nominasiyasını qəbul etdi. Prezidentin nominasiyanı rəsmən qəbul etməsi respublikaçıların böyük sevinci və alqışları ilə qarşılanmışdı. Respublikaçıların milli konvesiyası zamanı 3 il əvvəl Nyu York və Vaşinqton şəhərilərində 3 mindən artıq insanın qurban getdiyi faciəvi terror aksiyaları dəfələrlə yada salınmışdı. Prezident Buşun çıxışı əkiz binaların dağıdıldığı yerdən uzaqda deyildi. Terror aksiyalarının həyata keçirildiyi gün Corc Buşun prezidentliyinin səmtini dəyişmişdi. Amerika prezidenti həmin gündən etibarən administrasiyasının ölkəni yeni hücumlardan müdafiə etmək üçün əməliyyata başladığını demişdir. Prezident dünyanı daha təhlükəsiz, Amerikanı isə ümidverici bir yer edəcəyini vəd etmişdir.Prezident Buş bir daha İraq və Əfqanıstan müharibələrini müdafiə etmiş, bu rejimlərin Amerikaya təhlükə törətdiyini demişdir. Prezident Buş eyni zamanda demokrat rəqibləri senator Con Kerri və Con Edvardsı xarici münaqişələrin həllinə yardım eən Amerika qüvvələrinin maliyyələşdirilməsi planına dəstək vermədiklərinə görə tənqid etmişdir. Milli Konvensiyada çıxışı zamanı Amerika prezidenti təhsil sahəsində islahatlar, səhiyyə xidmətlərinin yaxşılaşdırılacağı və vergilərin ixtisarı, habelə işçilərə təlim proqramları və pensiya sisteminin ücləndiriləcəyinə də söz vermişdir.

XS
SM
MD
LG