Accessibility links

Bin Laden ələ keçirilə bilər - 2004-09-05


Birləşmiş Ştatların Dövlət Departamentinin terrorizmlə mübarizə üzrə yüksək səlahiyyətli nümayəndəsi Kofer Blak Amerika və onun müttəfiqlərinin Əl-Qaidənin başçısı Üsəma Bin Ladenin ələ keçirilməsinə yaxınlaşdıqlarını bildirib. İslamabadda jurnalistlərlə söhbəti zamanı cənab Blak deyib ki, Bin Ladenin axtarışında tərəqqi əldə edilib. Belə ki, o, Üsəma Bin Ladenin ələ keçirildiyini eşitdikdə şok keçirməyəcəyi, yalnız təəccüblənəcəyini deyib. ABŞ nümayəndəsi bu gün Pakistandan Banqladeşə düşə yola düşüb.

XS
SM
MD
LG