Accessibility links

B.Klinton cərrahiyyə əməliyyatı keçirir - 2004-09-06


Bu gün ABŞ-ın sabiq prezidenti Bill Klintonun ürəyinə cərrahiyyə əməliyyatı edilib. Keçən cümə günü sinəsində ağrılar və təngənəfəslikdən şikayət edən Bill Klinton xəstəxanaya aparılmışdı. Təhlillər onun 4 arteriyasının 3-də tıxac olduğunu müəyyən etmişdir. Klinton ailəsinin bəyanatında deyilir ki, cərrahiyyə əməliyyatı arzulanan bir şey olmasa da, ailə aha ciddi nəticələr verməzdən əvvəl problemin üzə çıxması faktından məmnunluq hissi keçirir. Klintonların sözçüsü səhhətinin yaxşılaşması arzuları ilə sabiq prezidentin 26 mindən artıq məktub aldığını bildirir.

XS
SM
MD
LG