Accessibility links

ABŞ-da seçki kampaniyalarının daha fəal mərhələsi başlayıb - 2004-09-06


Bu gün Birləşmiş Ştatlarda qeyd edilən əmək günü noyabr ayı prezident kampaniyalarının ənənəvi başlanğıcı hesab olunur. Prezident Buş kampaniyasını Missuri ştatında davam etdirir. Senator Kerri isə bu gündən etibarən Qərbi Virginiya, Pensilvaniya, Minnesota, Ayova və Ohayo ştatlarına səfərə başlayıb. Demokrat partiyasından prezidentliyə namizəd Con Kerrinin diqqəti iqtisadiyyat, daha artıq iş yerlərinin açılması məsələləri üzərində mərkəzləşir. New York Yimes qəzetinin yazdığına görə keçmiş prezident Bill Klinton senator Kerriyə diqqətini terrorizmdənsə, daha çox daxili məsələlərə yönəltməsini tövsiyyə etmişdir. Amerikada prezident seçkilərinə iki ay qaldığı bir vaxt prezident Buşun reytinqinin qalxdığı müşahidə edilir.

XS
SM
MD
LG