Accessibility links

C.Kerri prezident Buşun siyasətini tənqid edir - 2004-09-10


Demokrat partiyasından prezidentliyə namizəd Con Kerri səhiyyə xidmətləri və mülki hüquqlar sahəsində prezident Buşla fərqlərini vurğulamışdır. Son ictimai rəy sorğuları Kerri kampaniyasını qayğılandırsa da, onun tərəfdarları Kerrini dəstəkləyəcəklərini bildirirlər. Con Kerri Nyu Orleansın Baptis Convensiyasında etdiyi çıxışı zamanı prezident Buşun mülki hüquqlar sahəsindəki fəaliyyətini kəskin tənqid etmişdi. Bu bölgə Amerikanın Afrika mənşəli amerikalıların sıx yaşadığı və ən böyük dini icmasının yerləşdiyi bölgədir. “Afrika mənşəli amerikalıların ehtiyaclarından üz döndərən, iqtsadi ədalət və pozitiv addımlara məhəl qoymayan, siyasi parçalanma siyasəti yeridən bir prezident zənci amerikalılara necə dost deyə bilər. Hansı dona girməsindən asılı olmayaraq, o, öz şəxsiyyətini gizlədə bilməyəcək”-deyə senator bildirmişdir. Dünən günün birinci yarısı Ayova ştatında kampaniyasını davam etdirən senator Kerri seçkilər ili birincilik verilən məsələlərdən biri səhiyyəyə toxunmuşdu. Con Kerri prezident seçilərsə, milyonlarla amerikalının səhiyyə xərclərinin ödənilməsi planlarının genişləndiriləcəyinə vəd vermişdir.

XS
SM
MD
LG