Accessibility links

Ivan qasırğası Keyman adalarına üz tutub - 2004-09-11


Hazırda Keyman adalarına doğru istiqamət götürmüş İvan qasırğası artıq Yamaykada iri dağıntılar törətmişdir. Proqnozçuların verdiyi məlumata görə qasırğanın mərkəzi paytaxt Kinqstonun qərbindən keçmişdir. Bu gün səhər qasırğanın törətdiyi tufanlar ən azı bir qadının ölümünə səbəb olmuşdur. Hazırda əmələ gələn hərci mərciliyin qarət və atışmalara yol açdığı haqda xəbərlər gəlməkdədir. İvan qasırğası indiyə kimi 24-dən çox insanın ölümünə səbəb olub. Bu itkliərin əksəriyyəti Qrenada adasında baş verib.

XS
SM
MD
LG